YANVAR – İYUN, 2021

16

Mart

Şuşa Dövlət Rəsm Qalereyasının binasının bərpa planı

Şuşa şəhərində erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də 1982-ci ildə yaradılmış və 1992-ci ilin may ayında şəhərin işğalına qədər fəaliyyət göstərmiş Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Martın 16-da binaya baxış zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, bura Şuşa şəhərinin rəsm qalereyası olmuşdur. Azərbaycan höküməti burada qalereya təşkil etmişdir. İşğal zamanı düşmənlər buradan öz məqsədləri üçün istifadə etmişdirlər. Bu bina tamamilə yenidən bərpa ediləcək və yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcəkdir.