YANVAR – İYUN, 2022

20

Mart

Suqovuşan qəsəbəsində yeni məscidin təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoymuşdurlar.

Ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcəkdir. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılmışdır. Layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaqdır.