YANVAR – İYUN, 2022

20

Mart

Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılış mərasimi

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 20-də açılış mərasimində iştirak etmişdirlər.

Prezident İlham Əliyev təlim-məşq toplantısının rəsmi açılışını bildirən düyməni sıxandan sonra qarşı tərəfdəki metal konstruksiyadan “Qarabağ Azərbaycandır!” yazısı əks olunmuş banner açılmış, səmaya 7 min hava şarı buraxılmış və ardınca idmançılar məşq prosesinə başlamışdırlar.

Dövlətimizin başçısı və birinci xanım məşq prosesini və bayraq şousunu izləmişdirlər.  Prezident İlham Əliyev xatirə hədiyyəsini imzalamış və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təqdim etmişdir.