4
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı Prezident İlham Əliyev Şükürbəyli kəndinin təməlini qoymuşdur.
Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılmışdır. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılmışdır. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri vә Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilmişdir.