YANVAR – İYUN, 2024

10

May

“Şirin su” hamamının bərpadan sonra açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışında iştirak etmişdirlər.

Heydər Əliyev Fondu tərəfindən “Şirin su” hamamında 2022-ci ildən aparılan bərpa işləri başa çatmışdır. “Şirin su” hamamı 1880-ci ildə inşa edilmişdir. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilmişdir. Məhz buna görə də hamam “Şirin su” hamamı adlandırılmışdır. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra “Şirin su” hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilmiş, əlavə tikinti işləri aparılmış, hamam yararsız vəziyyətə salınmışdı.