İYUL – DEKABR, 2022

13

Sentyabr

Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirənin keçirilməsi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sentyabrın 13-də Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirmişdir.

Müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilmiş, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi, yaranmış gərginliyin məsuliyyətinin tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirilmişdir.