İYUL – DEKABR, 2022

24

Oktyabr

“Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olmuşdurlar.

Sərgidə professor Eldar Nadiradzenin rəhbərlik etdiyi müəlliflər qrupunun hazırladığı “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim edilmişdir. Sərgi zamanı nümayiş olunan fotolar “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabından seçilərək götürülmüş artefaktlar əsasında hazırlanmışdır. Onların arasında Qarabağ xanlığına aid edilən bayrağın məlum olan ilk təsvirini, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, qədim xalçaları, Sərdar məscidinin və onun fasadının dekorasiya plitələrini, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini, XIX əsrin sonu-XX əsrin əvvəllərində Sərdar xan sarayının fasadını və daxili görünüşünü, XIX əsrə aid at yəhərini, iki tar və üçsimli kamançanı əks etdirən fotolar, Mirzə Qədim İrəvaninin müəllifi olduğu Həsən Qulu xan Qacarın, Fətəli şah Qacarın portretləri xüsusi maraq doğurur.

“Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabda XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanlığına aid olan 300-dən çox artefaktın rəsmi yer almışdır. Bu artefaktlar muzeyin arxivinə təhvil verildikdən sonra müəyyən səbəblərdən heç vaxt açılmamış və 100 ildən artıq bir dövrdə arxivdə kataloqlaşdırılmadan saxlanılmışdır. Kitab Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunmuşdur.