16
Mart
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da “Qarabağ” mehmanxanasında aparılacaq təmir-bərpa işləri ilə tanış olmuşdurlar. Mehmanxana ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilmiş, işğal zamanı baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşmüşdür. Burada görüləcək işlər nəticəsində mehmanxana müasir səviyyəyə çatdırılacaq və Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün bütün şərait yaradılacaqdır.