İYUL – DEKABR, 2022

6

Oktyabr

Prezident İlham Əliyevin Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclasında iştirakı

Çex Respublikasının paytaxtı Praqada oktyabrın 6-da “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.

“Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.