13
Fevral
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində inşa olunacaq “Park Forest Otel Ağdam” mehmanxanasının təməlqoyma mərasimində iştirak etmişdirlər. Fevralın 13-də Prezident İlham Əliyev otelin təməlini qoymuşdur.
2,16 hektar ərazidə inşa ediləcək “Park Forest Otel Ağdam” mehmanxanası 110 nömrədən ibarət olacaqdır. Mehmanxananın ərazisində əsas bina ilə yanaşı, konfrans mərkəzi, açıq havada üzgüçülük hovuzu, uşaq oyun meydançası, gəzinti yolları və istirahət zonaları yaradılacaqdır. Tikinti işlərinin 2024-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulmuşdur.