YANVAR – İYUN, 2021

16

Mart

Pənahəli xanın sarayını ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Pənahəli xanın sarayının qalıqlarına baxış keçirmişdirlər. Bu tikili Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıtmışdırlar.