YANVAR – İYUN, 2024

17

Fevral

Münxendə üçtərəfli görüş

Fevralın 17-də Münxendə Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olmuşdur.

Görüşdə Almaniya Kansleri açılış nitqi ilə çıxış etmişdir. O, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulamışdır.