YANVAR – İYUN, 2024

18

May

Maşanlı kəndinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Maşanlı kəndinin təməlini qoymuşdur.

2040-cı ilədək kəndin layihələndirilən ərazisi 157,54 hektar olacaqdır. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulmuşdur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən burada məskunlaşacaq əhalinin yaşayış yükü nəzərə alınaraq kəndin salınmasının birinci mərhələsi üçün 50 hektar yer ayrılmışdır. Bu mərhələdə 944 sakin üçün 236 fərdi ev tikiləcəkdir.