YANVAR – İYUN, 2024

10

May

Mamayı məscidinin bərpadan sonra açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak etmişdirlər.

“PAŞA Holdinq”in dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən məsciddə və məscid ərazisindəki bulaqda aparılan bərpa işlərinə 2023-cü ildə başlanılmışdır. Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilmişdir. Düzbucaqlı plan quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri vardır.

İşğal dövründə məscid və onun yanında yerləşən bulaq yararsız hala salınmışdı. Erməni işğalçıları şəhərdəki bir çox abidələr kimi ərazidəki Mamayı bulağını da erməniləşdirməyə çalışmışdılar. Belə ki, onlar bulağın üzərindəki yazıları silərək xaç işarəsi ilə əvəzləmiş, bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə həkk etmişdilər. Aparılan bərpa işləri nəticəsində artıq burada erməni vandalizminin bütün izləri aradan qaldırılmışdır.