XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XƏBƏR SEÇİMİ

XOCAVƏND

05

MAY

2023

Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya mayın 5-də Hadrut qəsəbəsində buranın turizm inkişaf konsepsiyası barədə məlumat verilmişdir. Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə qəsəbənin tarixi hissəsində mərkəzi məhəllənin bərpasının və abadlaşdırılmasının nəzərdə tutulduğu bildirildi. Hadrutun tarixi hissəsində bərpa və konservasiya işləri...

ƏTRAFLI OXU

05

MAY

2023

Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasim zamanı dövlətimizin başçısı Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin təməlini qoymuşdur. İlk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaqdır. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə...

ƏTRAFLI OXU

05

MAY

2023

Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanış olmuşdurlar. Bərpa olunacaq məktəb 1,9 hektar ərazidə yerləşir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra məktəbdə 15 sinif otağı, idman və akt zalları, yeməkxana, kitabxana, hərbi dərs...

ƏTRAFLI OXU

05

MAY

2023

Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasim zamanı dövlətimizin başçısı Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlini qoymuşdur. Ümumi sahəsi 99 hektara yaxın olan ilk yaşayış məhəlləsi Tuğ kəndinin təsdiq edilmiş Baş planına uyğun...

ƏTRAFLI OXU

05

MAY

2023

Tuğ kəndində İnzibati Mərkəzin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasim zamanı dövlətimizin başçısı İnzibati Mərkəzin təməlini qoymuşdur. Kənddə 1,63 hektar sahəni əhatə edəcək inzibati zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, restoran tikiləcəkdir. Burada tikiləcək...

ƏTRAFLI OXU

05

MAY

2023

Tuğ kəndində həyata keçiriləcək turizm layihələri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya mayın 5-də Xocavənd rayonuna səfərləri zamanı Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilmişdir. Dövlət Turizm Agentliyinin Tuğda təqdim etdiyi turizm konseptual yanaşma çərçivəsində üç istiqamət – tarixi-memarlıq üslubunu qorumaqla mədəni turizmin inkişaf etdirilməsi, təbiət resurslarından səmərəli istifadə edib...

ƏTRAFLI OXU

24

DEK

2021

Hadrut qəsəbəsində hərbi hissənin açılışı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər etmiş və burada hərbi hissənin açılışında iştirak etmişdirlər.

ƏTRAFLI OXU

09

OKT

2021

“Hadrut” qovşaq yarımstansiyasının təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoymuşdur. Hadrut qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün Füzuli rayonundakı 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyasından “Hadrut” yarımstansiyasına qədər uzunluğu 27 kilometr olan 35 kV-luq ikidövrəli hava xətti çəkilmişdir. Şuşa şəhərinin qısa vaxtda elektrik enerjisi ilə təmin olunması üçün...

ƏTRAFLI OXU

09

OKT

2021

Şükürbəyli-Cəbrayıl-Hadrut, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Şükürbəyli-Cəbrayıl-Hadrut, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39,7 kilometrdir. Yol 4 hərəkət...

ƏTRAFLI OXU

09

OKT

2021

Hadrut qəsəbəsində yeni məscidin təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etmişdir. Səfər zamanı dövlətimizin başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoymuşdur. Hadrut qəsəbəsində yerli əhali üçün inşa ediləcək məscidin minarəsi 26 metr olacaqdır. Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların...

ƏTRAFLI OXU

14

İYN

2021

“Zəfər yolu” üzərində inşa edilən körpüdə görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də “Zəfər yolu”nun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olmuşdur. Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaqdır. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara...

ƏTRAFLI OXU

15

MAR

2021

Hadrut–Cəbrayıl–Şükürbəyli avtomobil yolunun təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Hadrut–Cəbrayıl–Şükürbəyli avtomobil yolunun təməlini qoymuşdur. Bu yol başlanğıcını Hadrut qəsəbəsindən götürməklə Cəbrayıl rayonu ərazisindən keçir və Şükürbəyli kəndində Hacıqabul–Mincivan–Zəngəzur dəhlizi avtomobil yolu ilə birləşir. Uzunluğu 43 kilometr olacaq bu yol dörd hərəkət zolağından ibarət olacaq və marşrut boyunca bir neçə avtomobil körpüsü inşa...

ƏTRAFLI OXU

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi