XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XƏBƏR SEÇİMİ

XOCALI

15

SEN

2025

Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşmüşdür. Görüşdə çıxış edən dövlətimizin başçısı keçmiş məcburi köçkünlərin artıq doğma Qarabağ torpaqlarına qayıtdığını və burada onlar üçün ən yüksək səviyyədə yaşayış şəraiti yaradıldığını qeyd etmişdir. O, Azərbaycanın ərazi bütövlüyünün tam...

ƏTRAFLI OXU

15

SEN

2025

Badara kəndinə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olmuşdur. 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kənddə sosialyönümlü bir sıra layihələr icra olunmuşdur. Burada park və bayraq meydanı yaradılmış, yollara asfalt döşənmişdir. Mövcud elektrik və qaz xətləri bərpa olunmuş, transformator quraşdırılmış,...

ƏTRAFLI OXU

15

SEN

2025

Daşbulaq kəndindəki tut bağında görülmüş işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında olmuşdur. Tut bağında Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilmiş, damcılı suvarma sistemi yaradılmışdır. Burada 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı...

ƏTRAFLI OXU

15

SEN

2025

Daşbulaq kəndinə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində olmuşdur. 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndin sosial infrastrukturunun qurulması işləri icra olunmuşdur. Kənddə sosial və məişət obyektləri istifadəyə verilmiş, park, bayraq meydanı salınmış, kənddaxili yollar asfaltlanmışdır. Uzunluğu 20 kilometr olan...

ƏTRAFLI OXU

15

SEN

2025

Seyidbəyli kəndinə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Seyidbəyli kəndində olmuşdur. 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndin sosial infrastrukturunun qurulmasına başlanılmışdır. Belə ki, 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpa olunmuş, 2 ədəd transformator quraşdırılaraq, sayğaclaşdırma işlərinə start verilmişdir. Magistral qaz...

ƏTRAFLI OXU

14

SEN

2025

Şuşakənd kəndinə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində olmuşdur. 2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçən kəndin sosial infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilmişdir. Belə ki, mövcud elektrik xətləri, 3 su anbarı, subartezian quyusu bərpa olunmuş, transformator quraşdırılmış, sayğaclaşdırma işlərinə başlanılmış, qaz...

ƏTRAFLI OXU

18

İYL

2025

Xocalının Xanyurdu kəndinə səfər və sakinlərlə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndində olmuş, Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşərək onlarla söhbət etmişdir. Xanyurdu kəndi Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsinə daxildir. Kənddə artıq 40 fərdi ev əsaslı şəkildə bərpa olunmuşdur. İlin sonunadək daha 65, 2026-cı ildə isə əlavə 93 fərdi...

ƏTRAFLI OXU

18

İYL

2025

Xocalı kərpic zavodunun açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Xocalı kərpic zavodunun açılışında iştirak etmişdir. Bu istehsal müəssisəsi rayonun Daşbulaq kəndində inşa olunmuşdur. Zavodda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda, enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq olunur. Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən “Xocalı” gil...

ƏTRAFLI OXU

18

İYL

2025

Təzəbinə kəndində görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuşdur. Kənddə 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaqdır. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaqdır. 2025-ci il iyulun 14-də 28 ailə – 125 nəfər yaşamaq üçün...

ƏTRAFLI OXU

09

MAY

2025

Xanabad kəndində heyvandarlıq kompleksinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak etmişdir. Kompleksə damazlıq, ətlik-südlük heyvandarlıq, istehsal və ictimai iaşə xidmətləri daxildir. Damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Hazırda təsərrüfatda 355 baş üç...

ƏTRAFLI OXU

09

MAY

2025

“Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdir. 3200 kVA gücündə “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı...

ƏTRAFLI OXU

19

FEV

2025

Ballıca kəndində bərpa işləri ilə tanışlıq və bir qrup sakinlə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuş, sonra isə kəndə köçən bir qrup sakinlə görüşərək onların evlərində yaradılan şəraitə baxış keçirmişdir. Sakinlər yaradılan şəraitə görə dövlətimizin başçısına dərin təşəkkürlərini bildirmişdirlər. Görüş zamanı çıxış edən Prezident İlham...

ƏTRAFLI OXU

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi