XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XƏBƏR SEÇİMİ

AĞDAM

28

MAY

2021

Zəfər və İşğal muzeyləri kompleksinin layihələri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunda inşa ediləcək Zəfər və İşğal muzeylərinin layihələri ilə tanış olmuşdur. İşğal muzeyi dağıdılmış Ağdam Dövlət Dram Teatrının binasının yaxınlığında yerləşəcək, sözü gedən teatrın qalıqları isə saxlanılacaqdır. Ərazidə göl salınacaq, tarixi binaların siluetləri rəqəmsal işıqlandırma ilə gölün üzərində əks etdiriləcək, dağıdılmış tikililərin...

ƏTRAFLI OXU

28

MAY

2021

Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksinə baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olmuşdur. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla iki binadan ibarətdir....

ƏTRAFLI OXU

28

MAY

2021

Ağdam Sənaye Parkının təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak etmiş və sənaye parkının təməlini qoymuşdur. Sənaye parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcəkdir. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı...

ƏTRAFLI OXU

28

MAY

2021

Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak etmişdir. ABŞ-nin “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühəndislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunmuşdur. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcəkdir. Mənzillər bir, iki, üç, dörd və...

ƏTRAFLI OXU

28

MAY

2021

Ağdam şəhər meşə-parkında ağacəkmə mərasimi və aparılan işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında Azərbaycanın simvollarından biri hesab edilən dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edərək ərazidə dağdağan ağacı əkmişdir. Ağdam şəhərində sakinlər və qonaqlar üçün salınacaq meşə-park 125 hektar ərazini əhatə edəcəkdir. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçərək suyu burada yaradılacaq gölə axıdılacaqdır.

ƏTRAFLI OXU

28

MAY

2021

Bərdə–Ağdam avtomobil yolunun təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Bərdə–Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak etmiş və yeni yolun təməlini qoymuşdur. Bərdə–Ağdam avtomobil yolu layihəsi Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir. 14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir...

ƏTRAFLI OXU

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi