YANVAR – İYUN, 2024

10

May

“Köndələnçay” su anbarları kompleksinin təmir-bərpadan sonra açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda “Köndələnçay” su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edərək kompleksi işə salmışdır.

Füzuli rayonu ərazisində, Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan “Köndələnçay-1” su anbarı 1962-ci ildə istismara verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilmişdir. Əsas məqsəd bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır.