YANVAR – İYUN, 2022

26

İyun

Kəlbəcərdə İşğal və Zəfər muzeyləri kompleksinin təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. Prezident İlham Əliyevİşğal və Zəfər muzeyləri kompleksinin layihəsini əks etdirən videoçarxa baxmış və kompleksin təməlini qoymuşdur.

Hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcəkdir. Bu, gözəl bir mühitdə yerləşən möhtəşəm layihə olacaqdır. Çünki bu ərazi landşaftına görə heyrətamiz gözəlliyə malikdir. Kompleksin bir hissəsi işğal tarixinə, digəri isə Zəfərə həsr olunacaqdır.