YANVAR – İYUN, 2022

26

İyun

Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər şəhərinin Baş planı ilə tanış olmuşdur.

Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri araşdırılmış, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilmişdir. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaqdır.