26
İyun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak etmiş və mərkəzin təməlini qoymuşdur.
Kəlbəcər rayonu ərazisində xüsusi dövlət əhəmiyyətli obyektlərin və hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması istiqamətində genişmiqyaslı işlər bu gün də davam etdirilir. İşlər çərçivəsində mənbə kimi Gəncə şəhərində yerləşən “Gəncə-2” yarımstansiyasından Daşkəsənə 110 kV-luq elektrik verilişi xətti çəkilmişdir. Kəlbəcərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatında bu xətt müstəsna rol oynayacaqdır.
Görülən işlər nəticəsində Kəlbəcərdə iki istiqamət üzrə 110 kV-luq hava xətləri bərpa edilmiş, bir istiqamətdə 110 kv-luq, dörd müxtəlif əraziyə isə 35 kV-luq elektrik xətləri çəkilmişdir. Ümumilikdə rayon ərazisində müxtəlif güclərdə 15 komplekt transformator məntəqəsi quraşdırılmışdır.