YANVAR – İYUN, 2022

26

İyun

Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olmuşdur. Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla, 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilmişdir.

Hazırda yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Layihə üzrə yol boyunca tikintisi nəzərdə tutulan avtomobil tunellərindən ikisində qazma prosesi davam etdirilir. Bir tunelin giriş və çıxış hissələrində işlərə başlanılmışdır.