YANVAR – İYUN, 2022

26

İyun

“İstisu” sanatoriyasının təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak etmiş və sanatoriyanın təməlini qoymuşdur.

34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaqdır. Kompleksdə bərpa-sağlamlıq mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılmışdır.

Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılmışdır. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və sanatoriyanın əvvəlki şöhrəti qaytarılacaqdır.