İYUL – DEKABR, 2021

9

Oktyabr

Hadrut qəsəbəsində yeni məscidin təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etmişdir. Səfər zamanı dövlətimizin başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoymuşdur. Hadrut qəsəbəsində yerli əhali üçün inşa ediləcək məscidin minarəsi 26 metr olacaqdır. Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı yerləşəcəkdir. Məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaqdır.