15
Mart
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoymuşdur.
Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yol boyunca avtomobil körpüləri tikiləcəkdir.