YANVAR – İYUN, 2021

12

Aprel

Hərbi Qənimətlər Parkının açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etmişdir.

Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu demişdir. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilmiş və Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürmüşdür. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşmış, açıq səma altında nadir park salınmışdır.

Açılış zamanı Prezident İlham Əliyevə Hərbi Qənimətlər Parkının ilk ziyarət bileti təqdim edilmişdir.