YANVAR – İYUN, 2021

14

Fevral

“Güləbird” Su Elektrik Stansiyasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir.

Erməni qəsbkarlar işğal dövründə xislətlərinə uyğun olaraq digər yerlərdə olduğu kimi, bu stansiyanı da darmadağın etmişdirlər. Dövlət başçısının tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

“Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaqdır. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcəkdir.

Açılış mərasiminin sonunda Prezident İlham Əliyev “Güləbird” Su Elektrik Stansiyasını işə salmışdır.