YANVAR – İYUN, 2021

14

Yanvar

Füzuli-Şuşa yolunun təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun təməlini qoymuşdur.

Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulmuşdur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcəkdir və bu yoldan İsa bulağına yeni yol çəkiləcəkdir.