10
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuliyə səfərləri çərçivəsində şəhərdə yeni yaradılacaq Mərkəzi Park Kompleksinin ərazisində aparılan işlərlə tanış olmuşdurlar və parkda ağac əkmişdirlər.
İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, ermənilərin ekoloji sistemə vurduqları zərərin nəticələri aradan qaldırılır. Füzulidə yeni yaradılacaq park kompleksi də məhz bu istiqamətdə atılan addımlardan biridir.