YANVAR – İYUN, 2021

14

Yanvar

Füzuli hava limanının təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 14-də Füzuli rayonunda Füzuli Beynəlxalq Hava Limanının təməlini qoydular.

Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcəkdir. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaqdır.