İYUL – DEKABR, 2021

17

Oktyabr

Füzuli-Ağdam avtomobil yolunun təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 17-də Füzuli rayonuna səfərləri zamanı dövlətimizin başçısı Füzuli-Ağdam avtomobil yolunun təməlini qoymuşdur.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan, uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaqdır. Layihəyə uyğun olaraq yolboyu körpülərin, avtobus dayanacaqlarının və digər yol infrastrukturunun inşası nəzərdə tutulmuşdur.