22
Aprel
Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı aprelin 22-də Şuşa şəhərində işə başlamışdır. Aprelin 23-də başa çatan Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdir.
Qurultayın açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayda geniş nitq söyləmiş və qurultay iştirakçılarını səmimiyyətlə salamlamışdır. Dövlətimizin başçısının nitqindən sonra qurultay işini “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” və “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda panel iclasları ilə davam etdirmişdir.