10
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olmuşdurlar.
Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olmuşdur. Məscid Şuşa şəhərinin yuxarı məhəllələrinə daxil olan Çöl Qala məhəlləsinin Qasım bəy Zakir küçəsində yerləşir. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa olunmuşdur. Məscid minarəsiz formada tikilmiş, Şuşa şəhərinin əksər məscidləri kimi düzbucaqlı, ümumi girişi isə asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarət olmuşdur. Məscid Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılaraq talan edilmişdi.
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bərpa işlərinə “PAŞA Holdinq”in dəstəyi ilə 2023-cü ildən başlanılmışdır.