YANVAR – İYUN, 2021

20

Mart

Cıdır düzündə ilk bayram tonqalı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mart ayının 20-də torpaqlarımız erməni işğalından azad edildikdən sonra Şuşada Cıdır düzündə ilk dəfə bayram tonqalı alovlandırmışdırlar. Xalqa müraciət edən dövlətimizin başçısı bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulamış, Novruz bayramı münasibətilə hər kəsi ürəkdən təbrik etmişdir.