4
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı Prezident İlham Əliyev Cahangirbəyli kəndinin təməlini qoymuşdur.
Kəndin layihələndirilən ərazisi 179,5 hektardır. Kənd perspektivdə 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün planlaşdırılmışdır. Cahangirbəyli kəndində birinci mərhələdə iki, üç, dörd və beş otaqlı olmaqla, ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur. Birinci mərhələdə burada 1200 nəfərin məskunlaşdırılması planlaşdırılır. Cahangirbəylidə fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da nəzərdə tutulur.