4
Oktyabr
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də keçirilən mərasimdə iştirak etmiş və xəstəxananın təməlini qoymuşdur. Baş Plan layihəsinə əsasən şəhərin cənub hissəsində yerləşəcək yeni xəstəxananın ümumi ərazisi 2,6 hektardır. 150 çarpayılıq xəstəxana binasında yoluxucu xəstəliklər korpusu və bir sıra texniki təyinatlı binalar olacaqdır.