YANVAR – İYUN, 2024

12

Mart

Bülbülün ev-muzeyinə baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Şuşada Bülbülün ev-muzeyində olmuşdurlar.

Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul etmişdi. Bina 1982–1983-cü illərdə təmir olunmuş, muzey ekspozisiyası qurulmuş və önündə inzibati bina inşa edilmişdi. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmışdı. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün ev-muzeyində də bərpa işləri aparılmış və 2021-ci il avqustun 29-da muzeyin açılışı olmuşdur.