İYUL – DEKABR, 2023

23

Avqust

Bülbülün ev-muzeyi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanın avqustun 23-də Şuşa şəhərinə səfərləri zamanı ali qonaq və xanımı Bülbülün ev-muzeyi ilə tanış olmuşdurlar.

Ali qonağa və xanımına məlumat verən Polad Bülbüloğlu bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul etmişdir. Bina 1982–1983-cü illərdə təmir olunmuş, muzey ekspozisiyası qurulmuş və önündə inzibati bina inşa edilmişdir. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmışdır. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün ev-muzeyində də bərpa işləri aparılmış və 2021-ci il avqustun 29-da muzeyin açılışı olmuşdur.