YANVAR – İYUN, 2022

6

Aprel

Brüsseldə üçtərəfli görüş

Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə işçi nahar formasında görüşü olmuşdur. Görüş 4 saatdan artıq davam etmişdir.

Görüşün əsas müzakirə mövzusu münasibətlərin tənzimlənməsi və ya sülh danışıqlarının başlanması üçün Ermənistan və Azərbaycanın təklif etdiyi bəndlər, əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması məsələləri, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın işə başlaması məsələləri olmuşdur. Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ölkələrinin xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlığa başlamağı tapşırmışdırlar.