YANVAR – İYUN, 2022

22

May

Brüsseldə üçtərəfli görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə mayın 22-də Brüsseldə görüşü olmuşdur.

Müzakirə nəticəsində regional kommunikasiyaların açılması üzrə işlərin gələcək gedişi və sərhəd komissiyalarının işinə başlanması barədə razılıqlar əldə olunmuşdur. İki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar prosesinə hazırlıq və humanitar məsələlər müzakirə olunmuşdur. Üçtərəfli görüşlərin davam etdirilməsi ilə bağlı razılıq əldə olunmuş, oxşar görüşün önümüzdəki aylarda da keçirilməsi nəzərdə tutulmuşdur.