YANVAR – İYUN, 2024

18

May

Böyük Mərcanlı kəndinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Böyük Mərcanlı kəndinin təməlini qoymuşdur.

Böyük Mərcanlı kəndi Araz vadisində, Cəbrayıl şəhərindən 22 kilometr məsafədə yerləşir. Cəbrayıl rayonunun ən iri yaşayış məntəqələrindən biridir. Baş plana əsasən kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilmişdir. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcəkdir. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaqdır.