YANVAR – İYUN, 2021

15

İyun

“Baykar” şirkətinin baş direktoruna “Qarabağ” ordeninin təqdim edilməsi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşa şəhərinə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə “Baykar” şirkətinin baş direktoru Lütfü Haluk Bayraktara “Qarabağ” ordeni təqdim etmişdir.