İYUL – DEKABR, 2022

27

Sentyabr

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə tanış olmuşdurlar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirmişdir ki, bina 1970-ci illərdə inşa edilmişdir. Burada bərpa və yenidənqurma işlərinə 2021-ci ilin iyununda başlanılmışdır. Binada ümumilikdə 41 iş otağı vardır. Burada əməkdaşların yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılmışdır. Binada, həmçinin akt və iclas zalları da mövcuddur.