YANVAR – İYUN, 2022

27

May

“Ağıllı kənd” layihəsində “Göyərçin” abidə-fəvvarə kompleksinin işə salınması

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də mərasimdə iştirak etmişdirlər.

Dövlətimizin başçısı və birinci xanım Ağalı kənd meydanı ilə tanış olmuşdurlar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən “Göyərçin” abidə-fəvvarə kompleksi yaradılmışdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fəvvarəni işə salmışdırlar.