13
Fevral
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak etmişdirlər. Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoymuşdur.
Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcəkdir. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaqdır. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulmuşdur.