28
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak etmişdir.
ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühəndislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunmuşdur. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcəkdir. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaqdır.