25
Aprel
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olmuşdurlar.
Konfrans Mərkəzi Ağdam rayonu işğaldan azad edildikdən sonra inşa olunmuşdur. Ağdam Konfrans Mərkəzində müasir tələblərə uyğun tədbirlərin – konfransların, seminarların, forumların, simpoziumların, işgüzar görüşlərin, konsertlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Mərkəz artıq beynəlxalq və yerli tədbirlərə ev sahibliyi edir.