13
Fevral
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olmuşdurlar.
Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmişdir. Bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir.
Cümə məscidinin bərpa-restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Layihənin icrası üçün Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti ilə müqavilə imzalanmışdır.
Bərpa işləri bütövlükdə tarixi görünüşə uyğun olaraq həyata keçiriləcəkdir.