YANVAR – İYUN, 2024

28

Aprel

ABŞ Dövlət katibi Antoni Blinken ilə Prezident İlham Əliyev arasında telefon danışığı

ABŞ Dövlət katibi Antoni Blinken aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir.

Antoni Blinken, ilk növbədə, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırmış, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulamışdır. Dövlət katibi ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirmişdir.

Dövlətimizin başçısı iki ölkənin delimitasiya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd etmişdir. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulamışdır.